http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib

05 Dekabr 2023 , 18:12
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

"Operativ Media" xəbər verir ki, dekabrın 5-də Baş prokuror Kamran Əliyev Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Qubadlı rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 119 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

OXŞAR XƏBƏRLƏR
Yataqxana tipli binalar nə vaxt və hansı şərtlərlə söküləcək? 

Yataqxana tipli binalar nə vaxt və hansı şərtlərlə söküləcək? 

Anar Məmmədlinin bir sıra təşkilatlardan 1 milyondan çox vəsait almasına dair məlumatlar yayılıb

Anar Məmmədlinin bir sıra təşkilatlardan 1 milyondan çox vəsait almasına dair məlumatlar yayılıb

Uşaq qidaları niyə kəskin bahalaşıb?

Uşaq qidaları niyə kəskin bahalaşıb?

XƏBƏR LENTİ
  • Dünən
    23:14

    Ramil Şeydayevli "Kocaelispor" Super Liqa şansını itirdi
  • Dünən
    23:03

    Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir
  • Dünən
    22:48

    Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
  • Dünən
    22:36

    Roma Papası gələn il Türkiyəyə səfər edə bilər
  • Dünən
    22:22

    Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB
  • Dünən
    22:14

    Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb
  • Dünən
    21:59

    Mask: ABŞ İran, Çin, Şimali Koreyanın Rusiyanın ətrafında birləşməsinə səbəb olur
  • Dünən
    21:44

    Nigeriyada məsciddə partlayış olub, 11 nəfər həyatını itirib
Menyu