Menyu

Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Redaksiya
Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Tərtər rayon D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan "Operativ Media"ya bildirilib ki, Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində fərdi təhsilə cəlb olunmuş şagirdlərə tədris olunmayan fənlərə görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və israf  edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Tərtər rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Teqlər:

"T\u0259hsil m\u00fc\u0259ssis\u0259sind\u0259 a\u015fkar edilmi\u015f qanunsuzluqlarla ba\u011fl\u0131 cinay\u0259t i\u015fi ba\u015flan\u0131b"

Əlaqəli Xəbərlər