Menyu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 11 ayda 17,2 milyon müraciət qeydə alınıb

Nərmin Qocamanlı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 11 ayda 17,2 milyon müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin 11 ayında 17,2 milyon müraciət qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya bildirilib ki, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 7,3 milyon dəfə istifadə olunub.

Sosial ödənişlər üzrə 217 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, nazirliyin fəaliyyət sahələrinə dair 355 min e-arayış verilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.

Yanvar-noyabr aylarında ümumilikdə nazirlikdə 368 milyon e-sorğu, müraciət və xidmət sayı qeydə alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər