Menyu

Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Nərmin Qocamanlı
Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
1 dəq oxu

Dekabrın 16-sı saat 18 radələrində Cəlilabad rayon sakini  Alxas Ağayev idarə etdiyi "Vaz 21214" markalı avtomobillə rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Lalə Rüstəmovanı vurub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər