Bakıdan Naxçıvana daha 3 aviareys təxirə salınıb - YENİLƏNİB - 3
Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.
Qeyd edilib ki, uçuşların təhlükəsizliyi AZAL üçün hər zaman ən yüksək prioritetdir.
Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunur.
Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
***
17:08
Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana üç reysi gecikir.
"Operativ Media" xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251, 11:50-də uçmalı J2-253 və 16:40-da uçmalı J2-255 reysləri təxirə salınıb.//Report//
***
11:48
AZAL Bakı-Naxçıvan reysini təxirə salıb.
"Operativ Media" xəbər verir ki, buna səbəb Naxçıvan Muxtar Respublikasında hazırda mövcud olan hava şəraitdir.
Bu gün saat 07:00-da Naxçıvana uçmalı olan J2-251 reysi saat 12:00-a kimi təxirə salınıb.
Hava şəraiti ilə əlaqədar olaraq reyslərin qarşıdakı saatlarda da gecikəcəyi istisna deyil.//APA//