http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

17 Dekabr 2023 , 12:36
DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, dekabrın 18-i səhərədək ölkə ərazisində hava şəraitinin külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.

"Operativ Media" xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi​ verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur. ​

Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

OXŞAR XƏBƏRLƏR
AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq

AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq

Qubadlıda sümük fraqmenti aşkarlanıb

Qubadlıda sümük fraqmenti aşkarlanıb

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb

XƏBƏR LENTİ
  • 14:33

    AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq
  • 14:32

    Qubadlıda sümük fraqmenti aşkarlanıb
    Qubadlıda sümük fraqmenti aşkarlanıb
  • 14:31

    Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün çağırıb
  • 14:30

    Azərbaycanın U-19 millisinin oyunlarının vaxtı açıqlandı
  • 14:29

    Britaniya səfiri Rusiya XİN-nə çağırılıb
  • 14:23

    AEBA baş direktoru İrana səfər edib
  • 14:08

    Rusiyada “xarici agentlərin” seçkilərdə iştirakına qadağa qoyulub
  • 14:03

    Si Cinpin: Çin və Avropa İttifaqı qarşılıqlı etimadı gücləndirməlidir
Menyu