Kəlbəcərdə yük maşını qəzaya uğrayıb, sürücü ölüb
Kəlbəcərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya bildirilib ki, bu gün Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S.Rəhimov idarə etdiyi "Man" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay yatağına aşıb. Sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net