Lerikdə evdə qaz balonu partlayıb, iki nəfər xəsarət alıb
Lerikdə evdə partlayış olub, iki nəfər xəsarət alıb.
"Operativ Media" "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Noda kəndində baş verib.
Belə ki, rayonunun Noda kənd sakinləri 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova maye qaz balonunun partlaması nəticəsində ağır yanıq xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İ.Məmmədovanın vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Teqlər:
"Lerikd\u0259 evd\u0259 qaz balonu partlay\u0131b iki n\u0259f\u0259r x\u0259sar\u0259t al\u0131b"