Ana səhifə / Ölkə / Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb 18.12.2023, 08:31 Əziz Əzizli Bakının bir sıra yollarında tıxac yaranıb. "Operativ Media" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində; 3. Zərifə Əliyeva küçəsində; 4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 5. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur Teqlər: "Bak\u0131da haz\u0131rda s\u0131xl\u0131q m\u00fc\u015fahid\u0259 olunan yollar a\u00e7\u0131qlan\u0131b"