Saatlıda məktəblilər mikroavtobusda dəm qazından zəhərləniblər - YENİLƏNİB
Dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.
"Operativ Media" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib. Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub.
Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
***
12:55
Saatlıda məktəblilər mikroavtobusda dəm qazından zəhərləniblər.
"Operativ Media" yerki KİV-ə istinadən xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən məktəblilər Saatlı Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
dəqiqələr içində saytın olsun.