Menyu

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, onaltımərtəbəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərməyən və təmirsiz qeyri-yaşayış obyektində baş vermiş yanğının binanın digər mərtəbələrinə keçmə riski yüksəkdir.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zirzəmidə yerləşən ümumi sahəsi 4m2 olan gözətçi otağının yanar konstruksiyaları və ümumi sahəsi 120m2 olan obyektdə müxtəlif tullantılar yanıb.

Obyekt və mənzillər yanğından mühafizə olunub, xəsarət alan olmayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində sakinlərin təxliyəsi həyata keçirilib.

***

09:42

Paytaxtın Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, ərazidə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

Teqlər:

"Bak\u0131da \u00e7oxm\u0259rt\u0259b\u0259li ya\u015fay\u0131\u015f binas\u0131nda ba\u015f ver\u0259n yan\u011f\u0131n s\u00f6nd\u00fcr\u00fcl\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər