Menyu

Ağcabədidə piroxtexniki vasitələrin satışını təşkil edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Ağcabədidə piroxtexniki vasitələrin satışını təşkil edən şəxs saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində  piroxtexniki vasitələrin satışını təşkil edən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, həmin ṣəxsdən aşkarlanan pirotexniki vasitələr götürülüb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi təmin edilib. Profilaktiki tədbirlər nəticəsində rayon sakinlərinin könüllü olaraq təqdim etdiyi 2 ədəd ov silahı təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər