Menyu

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
1 dəq oxu

Dekabrın  19-da ölkə ərazisində qeydə alınan* 65, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər