Menyu

Yeni il süfrəsi neçəyə başa gəlir?

Redaksiya
Yeni il süfrəsi neçəyə başa gəlir?

Hər ötən il məhsulların bahalaşması xərclərin artması ilə yadda qalır. Bəzi məhsulların 2022-ci ildə olan qiymətləri ilə 2023-cü ildə olan qiymətləri arasında kəskin fərq var. Bəs orta gəlirli ailə üçün yeni il süfrəsi neçəyə başa gəlir?

“Operativ Media” xəbər verir ki, bahalaşan məhsullara arasında ət ilk sıralardadır. Mal ətinin qiyməti 16-17 manat, can əti 19-20 manat arası dəyişir. Quzu əti isə 17-20 manata satılır. Toyuq əti 4-6 manata satılır. Bəzi mağazalarda endirimdə 3,70 AZN-ə də təklif edilir. Toyuq filesinin qiyməti ötən il 6 manat idisə, indi artıq 7-9 manatadır. 

Bayram günü süfrə plovsuz olmaz deyənlər üçün isə düyü qiymətləri elə dəyişməyib. Düyünün kiloqramı 2-5 manat arasında satılır.

Aşpaz Elnur Məmmədov deyir ki, bayram günlərində qəlyanaltılar çox olduğu üçün isti yeməklərdən az istifadə olunur. Ona görə də bişirəndə nəzərə almaq lazımdır.

“Bayramlarda adət var ki, süfrədə yemək çox olsun. Amma salatlar, digər qəlyanaltılar insanı doyurduğundan yeməklər süfrədə qalır. Yarım kiloqram aşı süzmək bir ailəyə bəsdir. Hətta 10 nəfərlik aş 50 manata başa gəlir. 5 nəfərlik salat maksimum 10 manata başa gəlir. 2 kartof, bir kök, xiyar, 250 qram da file bəs edir. Ümumilikdə götürdükdə 4 nəfərlik ailənin bayram süfrəsi 100 manata başa gələ bilər”.

Teqlər:

"Yeni il s\u00fcfr\u0259si ne\u00e7\u0259y\u0259 ba\u015fa g\u0259lir?"

Əlaqəli Xəbərlər