Menyu

Yasamalda yeniyetməyə qarşı soyğunçuluq edilib

Nərmin Qocamanlı
Yasamalda yeniyetməyə qarşı soyğunçuluq edilib
1 dəq oxu

Dekabrın 20-də gecə saatlarında Yasamal rayonu ərazisində bir yeniyetmənin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Lənkəran rayon sakini 1997-ci il təvəllüdlü R.Əhədzadə müəyyən olunaraq saxlanılıb.
     
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Əlaqəli Xəbərlər