Menyu

Nərimanovda 1400 manat dəyərində velosiped oğurlanıb

Nərmin Qocamanlı
Nərimanovda 1400 manat dəyərində velosiped oğurlanıb
1 dəq oxu

Nərimanov rayonu ərazisində yerləşən evlərdən birinin girişindən 1400 manat dəyərində 2 ədəd velosipedin oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 2002-ci il təvəllüdlü F.Hüseynov saxlanılıb.

Onun müxtəlif vaxtlarda həmin ünvandan 1500 manat dəyərində daha 2 velosiped oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər