Menyu

Bakı sakininin bank kartlarından 20 000 manat oğurlanıb

Nərmin Qocamanlı
Bakı sakininin bank kartlarından 20 000 manat oğurlanıb
1 dəq oxu

Dekabrın 10-da və 19-da Bakı şəhər sakini olan bir nəfərin bank kartlarından hesablarındakı 20.000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 2003-cü il təvəllüdlü R.Xankişiyev müəyyən olunaraq saxlanılıb.
  
Araşdırma aparılır.

Əlaqəli Xəbərlər