Menyu

Binə qəsəbəsində odlu silah və 2 ədəd tüstülü əl qumbarası aşkar edilib

Nərmin Qocamanlı
Binə qəsəbəsində odlu silah və 2 ədəd tüstülü əl qumbarası aşkar edilib
1 dəq oxu

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsi N.Abbasov küçəsində yerləşən yarımtikiliyə baxış keçirilib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, baxış zamanı oradan 1 ədəd “Toz 8” markalı ov tüfəngi və 2 ədəd "G-303 CSS” markalı tüstülü əl qumbarası aşkar edilib. Qeyd edilən silah və qumbaralar təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər