Menyu

“Nərimanov” elektrik deposunda təmir və yenidənqurma işləri başa çatdırılıb

Nərmin Qocamanlı
“Nərimanov” elektrik deposunda təmir və yenidənqurma işləri başa çatdırılıb

"Bakı Metropoliteni" QSC-nin “Nəriman Nərimanov” elektrik deposunda (qanovlarda) əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb.

"Operativ Media" xəbər verir ki,  bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Məlumata görə, istifadəyə verildiyi vaxtdan uzun illər yenidənqurma və texnoloji yeniləşmə aparılmayan depoda qatarların təmir-baxış və dayanma-gecələmə sahəsində görülən işlər çərçivəsində yenidən qurulan daha 2 sahədə qatarlara davamlı qulluq imkanları yaradılıb. Bu məqsədlə hər iki sahə tamamilə sökülərək yenidən inşa edilib. İndiyə qədər bu iki qanov yalnız dayanma üçün xidmət göstərirdi. İndi isə burada texniki baxış və qulluq da aparılacaq.

Yenidənqurma işləri çərçivəsində qanovlarda standartlara uyğun özül təbəqə çıxarılaraq dərinlik qazılıb və funksional fəaliyyət üçün eniş pilləkənləri qoyulub. Döşəmədə yeni beton özül təbəqə yaradılıb, divarlar suvanaraq rənglənib. Bu işlərə paralel, qanovların yan hissəsində baxış yolları müvafiq normativlərə uyğun, karbonat və çınqıl təbəqə ilə doldurularaq betonlanıb.

Qanovlarda yeni drenaj, müasir elektrik təchizatı və işıqlanma sistemi qurulub. Yolun müasir üstquruluşu elementləri qoyulmaqla, qatarların baş vaqonunun ön hissəsinə xidmət göstərmək üçün xüsusi qaldırıcı mexanizmlər də quraşdırılıb. Sahənin döşəməsi estetik görkəmə də təsir edən dayanıqlı epoksid maddə ilə boyanıb. Qatarların qəbul edilməsi və xəttə buraxılması sahəsi üçün yeni tipli müasir kommutasiya qurğuları tətbiq edilib.

Ümumən, 30 dayanma-təmir qanovundan 15-i əsaslı təmir edilərək yenidən qurulub və müasir standartlar səviyyəsinə çatdırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər