Sumqayıtda sərnişin sürücüyə qarşı quldurluq edib
Nərmin Qocamanlı
Dekabrın 21-də səhər saatlarında Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə sərnişinin sürücünü aldadaraq 47 manat, daha sonra quldurluq yolu ilə 100 manat pulunu talaması barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rəşad Rəsulov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net