http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Prezident İlham Əliyev Şuşa rayonundakı “Turşsu” bulağında olub - YENİLƏNİB

22 Dekabr 2023 , 16:29
Prezident İlham Əliyev Şuşa rayonundakı “Turşsu” bulağında olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı “Turşsu” bulağında olub.

"Operativ Media" xəbər verir ki, dövlət başçısı bulaq ərazisinə baxış keçirib.

Məlumat verilib ki, meşənin daxilində mineral su mənbəyi olan “Turşsu” bulağı Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Şuşa-Laçın yolundan bir qədər aralı, Zarıslı çayının sahilində 1700 metr hündürlükdə çıxır. Bu ərazi uzun illər şuşalıların və şəhərin qonaqlarının istirahət etdikləri sevimli məkanlardan biri olub. Yay aylarında ətraf rayonlardan buraya insanlar gələr, yaxınlıqdakı yamaclarda çadırlar qurar, dincələr, bulağın suyundan istifadə etməklə sağlamlıqlarını möhkəmləndirərdilər.

Qeyd olunub ki, Şuşa rayonunun ərazisində bir neçə belə su mənbəyi var. Turşsu qəsəbəsinin yaxınlığındakı bu bulağın suyu fasilələrlə - təxminən bir saatdan da artıq müddətdən bir axır. Bulağın suyu faydalı mikroelementlərlə, əsasən karbon, hidrogen-karbonad, maqnezium, natrium, kalsiumla zəngindir. Minerallaşma dərəcəsi 2,4 qr/l, temperaturu 5-10 dərəcə C-dir. Bu su ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi, mədə-bağırsaq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi xüsusiyyətlərə malikdir. Bu su, həmçinin orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqan xəstəliklərinə qarşı profilaktik təsir göstərir.

Rayon ərazisində suyu minerallarla zəngin olan digər bulaqlar da var. Bu bulaqlardan karbon turşulu–hidrokarbonatlı–natriumlu “narzan” tipli mineral sular axır. Bu müalicəvi sulardan Şuşanın sanatoriyalarında həm süfrə suyu kimi, həm də vanna qəbulunda istifadə olunub.

***

11:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı “Turşsu” bulağında olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
"Asel Kredit BOKT” 20 min manat cərimələnib

"Asel Kredit BOKT” 20 min manat cərimələnib

Azərbaycan vətəndaşları xarici banklardan kredit götürə bilərlər?

Azərbaycan vətəndaşları xarici banklardan kredit götürə bilərlər?

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

XƏBƏR LENTİ
  • 11:57

    "Asel Kredit BOKT” 20 min manat cərimələnib
  • 11:55

    Azərbaycan vətəndaşları xarici banklardan kredit götürə bilərlər?
  • 11:51

    G7 ölkələri QHT-lərinin bəyanatı: “COP29 ölkəsi olan Azərbaycan iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün nümunəvi liderlik nümayiş etdirir”
  • 11:42

    Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
    Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
  • 11:32

    Xavi mövsüm sonunda "Barselona"dan ayrılacaq
  • 11:25

    Dövlət Xidməti Lənkəranda gənclərlə görüş keçirib
  • 11:21

    Lerikdə narkokuryerlər saxlanılıb
  • 11:16

    Lukaşenko Füzuli rayonuna gəlib
    Lukaşenko Füzuli rayonuna gəlib
Menyu