Menyu

Sulutəpədə sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edən şəxs həbs olunub

Nərmin Qocamanlı
Sulutəpədə sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edən şəxs həbs olunub

Sərxoş vəziyyətdə və sürücülük hüquq olmadan nəqliyyat vasitəsi idarə edən şəxs inzibati qaydada həbs olunub
 
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, dekabrın 18-də saat 23 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində “VAZ-21061” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdasları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Sürücü Ağsu rayon sakini Qafqaz İmaməliyevin sərxoş vəziyyətdə və sürücülük hüquq olmadan nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunduğundan barəsində protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə o, 5 gün müddətinə inzibati qaydada həbs olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər