http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakıda Bulvar ərazisində tur gəmisi batıb - YENİLƏNİB 2

22 Dekabr 2023 , 12:40
Bakıda Bulvar ərazisində tur gəmisi batıb - YENİLƏNİB 2

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən "Operativ Media"ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.

***

12:10

Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər. 

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

***

11:51

Bakıda Bulvar ərazisində gəzinti qayığı batıb.

Fövqəladə hallar Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, hadisə ilə bağlı 112 qaynar xətinə gəzinti qayığınının batması ilə bağlı məlumat daxil olub.

Dalğıc axtarış xilas etmə əməkdaşları hadisə yerinə cəlb edilib. İlkin məlumata batma təhlükəsində olan vətəndaşlar xilas olunub.

OXŞAR XƏBƏRLƏR
Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb 

Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb 

Füzuli və Ağdamın 28 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb

Füzuli və Ağdamın 28 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

XƏBƏR LENTİ
  • 14:33

    Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb 
  • 14:31

    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
  • 14:19

    Azərbaycan çempionuna veriləcək yeni kubok təqdim olundu
  • 14:15

    Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
    Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
  • 14:11

    Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
    Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
  • 14:06

    Füzuli və Ağdamın 28 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb
  • 14:01

    İlham Əliyev Tokayevi təbrik edib
    İlham Əliyev Tokayevi təbrik edib
  • 13:54

    Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
    Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
Menyu