Menyu

Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq

Nərmin Qocamanlı
Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaq
1 dəq oxu

Dekabrın 26-da saat 11:00-dan saat 12:00-dək Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində  canlı yayım keçiriləcək.

Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, canlı yayım zamanı Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Əlaqəli Xəbərlər