http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Koreya istehsalı olan avtomobillərin qiyməti Azərbaycanda kəskin bahalaşa bilər

22 Dekabr 2023 , 12:21
1555
Koreya istehsalı olan avtomobillərin qiyməti Azərbaycanda kəskin bahalaşa bilər

Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatının Qırmızı dənizdə gəmilərin mühafizəsi üçün yaradılmış beynəlxalq koalisiya ölkələrinin hərbi gəmilərinə hücum etməsi daşıma şirkətinin işlərinə təsir edib.

“Operativ Media” xəbər verir ki, hərəkatın sözçüsünun İranın ərəbdilli “Al Alam” telekanalına müsahibəsində “Bizə qarşı çıxan istənilən ölkənin gəmiləri Qırmızı dənizdə hücuma məruz qalacaq”-deməsi dəniz ticarətinin təhlükəsziliyini sual altında qoyub.

Artıq bir çox beynəlxalq daşıma şirkəti ənənəvi Qırmızı dəniz marşrutundan imtina edir. Bununla bağlı Azərbaycanda fəaliyyət göstərən daşıma şirkətləri də indidən elan veriblər.

Yerli şirkətlər daşıma qiymətlərinin əsaslı şəkildə artacağını deyirlər. Belə ki, Bakıya təhvil verilməklə bir avtomobilin çatdırılması əvvəllər 2000 dollar idisə, indidən qiymətlər 200 dollar artıb. Bununla yanaşı, yanvar ayı üçün daşıma qiymətləri ilə bağlı məlumat verilmir. 

“Operativ Media”nın əldə etdiyi məlumata əsasən, bir konteynerin Poti limanına təhvili 6000 dollar müəyyən edilib. Əvvəl isə bu rəqəm 3800 dollar təşkil edirdi. 

Daşıma qiymətlərinin 60%-dən çox artması yerli bazara əsaslı təsir edəcək. Avtomobil alqı-satqısı üzrə mütəxəsis Sərxan Qədirovun sözlərinə görə, ilk olaraq dizel mühərrikli avtomobillər bahalaşacaq.

“Azərbaycana dizel avtomobillər ən çox Koreyadan gətirilir. Təsəvvür edin, ötən ilin 11 ayında Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, 394 milyon 767 min manatlıq Koreyadan mal və məhsul idxal edilib.

Bunun 90%-dən çoxu avtomobildir. Rəsmi məlumata görə, ölkəyə ötən il 88 min 738 avtomobil gətirilibsə, onların 30% -dən çox Koreyadan gətirlib. Bu isə Azərbaycan avtomobil bazarında olan nəqliyyat vasitələrinin 30%-nin qiymətinin artacağından xəbər verir. Beləliklə bu hal həm də bütün bazara təsir edəcək”.

Sərxan Qədirov deyir ki, avtomobillə bağlı ən xırda rüsum artımı belə bazara təsir edir. Daşıma qiymətlərinin artması isə onsuz da qiyməti durmadan artan avtomobillərin qiymətinə təsir edəcək.

“İstehsal ili 10 ildən artıq avtomobillərin idxalına məhdudiyyət qoyulanda bazara necə təsir etdiyini gördük. Bütün avtomobillərin qiyməti artdı. Utilizasiya ilə bağlı qərar bazara təsir edəcək. Daşıma qiymətlərinin artması ilə isə minimum 10-15 faiz artım gözlənir. İsrail-Fələstin müharibəsi uzanacağı halda bu problem qalacaq”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan vətəndaşları xarici banklardan kredit götürə bilərlər?

Azərbaycan vətəndaşları xarici banklardan kredit götürə bilərlər?

Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub

Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub

AZAL Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edib

AZAL Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edib

XƏBƏR LENTİ
  • 11:57

    "Asel Kredit BOKT” 20 min manat cərimələnib
  • 11:55

    Azərbaycan vətəndaşları xarici banklardan kredit götürə bilərlər?
  • 11:51

    G7 ölkələri QHT-lərinin bəyanatı: “COP29 ölkəsi olan Azərbaycan iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün nümunəvi liderlik nümayiş etdirir”
  • 11:42

    Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
    Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
  • 11:32

    Xavi mövsüm sonunda "Barselona"dan ayrılacaq
  • 11:25

    Dövlət Xidməti Lənkəranda gənclərlə görüş keçirib
  • 11:21

    Lerikdə narkokuryerlər saxlanılıb
  • 11:16

    Lukaşenko Füzuli rayonuna gəlib
    Lukaşenko Füzuli rayonuna gəlib
Menyu