http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

XRİTDX təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22 Dekabr 2023 , 13:16
XRİTDX təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev Xidmətin bir qrup əməkdaşları ilə birlikdə Bakı Biznes Universitetində olub. Xidmət rəisi və Universitetin rektoru Ulu Öndər Heydər Əliyevin büstü və şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş guşəyə gül dəstələri düzüblər.

Xidmətdən "Operativ Media"ya verilən məlumata görə, Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov qonaqları Universitetlə yaxından tanış edib, universitetdə tədris edilən ixtisaslar, informasiya texnologiyaları və kibertəhlükəsizliklə bağlı həyata keçirilən yeniliklər və layihələr barədə məlumat verib. XRİTDX-nın nümayəndələri Universitetin maddi-texniki bazası, burada fəaliyyət göstərən İKT laboratoriyaları, “İnformasiya texnologiyaları” kafedrası, real dərs mühiti, tələbələrin təhsil şəraiti, zəngin çeşidə malik müasir elektron kitabxanası ilə tanış olublar.

XRİTDX-nın rəisi ölkəmizdə kibertəhlükəsizlik strategiyasının əsas istiqamətləri, bu sahəyə dövlət dəstəyi, Xidmət tərəfindən həyata keçirilən innovativ layihələr və dövlət orqanlarına münasibətdə kibertəhlükəsizlik sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Eləcə də İlqar Musayev qeyd etmişdir ki, ardıcıl həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində informasiya təhlükəsizliyi sahəsi yeni inkişaf mərhələsinə qədəm qoymuş və bu sahədə inkişaf sürətli templə davam edir. Xidmət rəisi ölkəmizdə kibertəhlükəsizlik sahəsində təhsilin inkişaf etdirilməsinə böyük diqqət verilməsi və bu sahədə kadr bazasının formalaşdırılması və daha da təkmilləşdirilməsini əsas məqsədlərdən biri olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Bakı Biznes Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Əməkdaşlıq Memorandumunun tədris-elm-innovasiya infrastrukturundan qarşılıqlı faydalanmaqla yüksəkixtisaslı kadrların hazırlanması, kibertəhlükəsizlik və informasiya texnologiyaları sahələrində innovasiyayönümlü birgə fəaliyyətin həyata keçirilməsi, qarşılıqlı texnologiya, məlumat və təcrübə mübadiləsi məqsədilə həyata keçirilməsi qeyd olunub.

İmzalanma mərasimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev, Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov və hər iki tərəfdən nümayəndələr iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb 

Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb 

Füzuli və Ağdamın 28 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb

Füzuli və Ağdamın 28 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

XƏBƏR LENTİ
  • 14:33

    Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb 
  • 14:31

    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
  • 14:19

    Azərbaycan çempionuna veriləcək yeni kubok təqdim olundu
  • 14:15

    Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
    Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
  • 14:11

    Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
    Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
  • 14:06

    Füzuli və Ağdamın 28 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb
  • 14:01

    İlham Əliyev Tokayevi təbrik edib
    İlham Əliyev Tokayevi təbrik edib
  • 13:54

    Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
    Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
Menyu