http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

473 nəfər hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq

22 Dekabr 2023 , 15:27
473 nəfər hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Fərmana əsasən, Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur.

"Operativ Media"nın xəbərinə görə, komissiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində Fərmanla qoyulan vəzifələrin icrası olaraq Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusu dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunublar.

Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 953 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib. Komissiyanın iclasında qəbul edilən digər qərar ilə hazırda mənzil növbəsində olan 473 nəfər hərbi qulluqçu Bakı şəhərində və Abşeron rayonunda tam təmirli mənzillərlə təmin olunacaqdır.

Bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 3646 nəfər hərbi qulluqçu və 26 şəhid olmuş hərbi qulluqçunun ailəsi mənzillərlə təmin olunub. Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxılır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edilir.

OXŞAR XƏBƏRLƏR
Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb 

Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb 

Füzuli və Ağdamın 28 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb

Füzuli və Ağdamın 28 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

XƏBƏR LENTİ
  • 14:33

    Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb 
  • 14:31

    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
  • 14:19

    Azərbaycan çempionuna veriləcək yeni kubok təqdim olundu
  • 14:15

    Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
    Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
  • 14:11

    Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
    Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
  • 14:06

    Füzuli və Ağdamın 28 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb
  • 14:01

    İlham Əliyev Tokayevi təbrik edib
    İlham Əliyev Tokayevi təbrik edib
  • 13:54

    Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
    Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
Menyu