Menyu

“Qırmızı Kitab”a düşən 2 ədəd bəzgək quşunu ovlayan şəxs saxlanılıb

Redaksiya
“Qırmızı Kitab”a düşən 2 ədəd bəzgək quşunu ovlayan şəxs saxlanılıb

Biləsuvarda adı "Qırmızı Kitaba" düşən quşları ovlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini Faiq Həsənovun rayonun Muğan kəndi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov etdiyi aşkarlanıb.

Həmin  şəxsdən qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən 2 ədəd bəzgək quşu və 1 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı F.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər