Ələt-Astara yolunun kənarından "Kalaşnikov" avtomatı aşkarlanıb
Nərmin Qocamanlı
Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində silah tapılması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" avtomatı aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən 9 ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Teqlər:
"\u018fl\u0259t-Astara yolunun k\u0259nar\u0131ndan \"Kala\u015fnikov\" avtomat\u0131 a\u015fkarlan\u0131b"