Balakəndə yeniyetmə atasını öldürməkdə şübhəli bilinir
Redaksiya
Balakəndə atasını öldürməkdə şübhəli bilinən oğlu saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun 2008-ci il təvəllüdlü oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net