DSK-lar tərəfindən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır
Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar müvafiq dairə seçki komissiyası tərəfindən seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesinə başlanılır.
"Operativ Media" xəbər xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, səsvermə gününə 45-25 gün qalanadək müvafiq dairə seçki komissiyası tərəfindən seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi təmin edilməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir.
Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net