Menyu

Biləcəridə 10 evdən su sayğacları oğurlanıb

Nərmin Qocamanlı
Biləcəridə 10 evdən su sayğacları oğurlanıb
1 dəq oxu

Biləcəri qəsəbəsi ərazisində yerləşən 10 evdən su sayğaclarının oğurlanmas barədə polisə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi  əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini Anar Qəhrəmanov və Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Əhliman Abbasov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər