AAYDA sədri Siyəzəndə vətəndaşları qəbul edəcək
Nərmin Qocamanlı
Dekabrın 26-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Siyəzən rayonunda vətəndaşları qəbul edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, qəbul saat 11:00-da Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda Siyəzən və Xızı rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyənlər Siyəzən rayonu “2 №-li Yol İstismarı” və Xızı rayonu “1 №-li Yol İstismarı” MMC-lərdə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net