Menyu

ANAMA: Həftə ərzində 487,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Nərmin Qocamanlı
ANAMA: Həftə ərzində 487,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan "Operativ Media"ya bildiriblər ki, dekabrın 18-dən 24-dək Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 53, tank əleyhinə 11 mina və 307 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 487,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər