Bakı-Sumqayıt yolunda niyə tez-tez qəzalar olur?

Redaksiya
Bakı-Sumqayıt yolunda niyə tez-tez qəzalar olur?

“Bakı-Sumqayıt yolunun çox ciddi nəzarətə ehtiyacı var”.

Bunu “Operativ Media”ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Elməddin Muradlının sözlərinə görə Bakı-Sumqayıt yolunda qəzaların səbəbi bir çox məqamlardan asılıdır.

“Bakı-Sumqayıt yolunda nəqliyyat hadisələrinin səbəblərinə diqqət yetirsək, bir çox məsələləri mütləq gözdən keçirmək lazımdır. Ən əsası da sürət məsələsidir. Eyni zamanda, sürət radarlarının yerini bilən sürücülərin o yollarda çıxartdıqları hoqqalar, törətdiyi əməllər və. onu deməyə əsas verir ki, həmin ərazilərin çox ciddi nəzarətə ehtiyac var. Nəzarətlə yanaşı, həm də biz bəzi məsələləri də nəzərə almalıyıq. Ötmə, manevr qaydalarını pozan, təhlükəli hərəkətlər edən, sərxoş və narkotik təsirində olan sürücülərə daha çox rast gəlinir”. 

Elməddin Muradlı onu da qeyd edib ki, ən çox qaydaları pozan taksi sürücüləridir. 

“Taksi sürücüləri çox təhlükəli hərəkətlər edirlər. Əksər qəzalar da məhz onların iştirakı ilə baş verir. Bakı-Sumqayıt yolunda sadəcə buna nəzarət olunmalıdır. Belə olduqda qəzaların qarşısını ala bilərik. Təbii ki, burda ara məsafələrinin gözlənilməsinə də diqqət etmək lazımdır. Bu da ən vacib məsələlərdən biridir”.

Digər xəbərlər