Menyu

Şəkidə yük avtomobili piyadanı vuraraq öldürüb

Nərmin Qocamanlı
Şəkidə yük avtomobili piyadanı vuraraq öldürüb
1 dəq oxu

Dekabrın 25-i saat 12 radələrində Şəki şəhəri ərazisində sürücü İlqar Əliyev idarə etdiyi “JAC” markalı yük avtomobili ilə piyada, 1935-ci il təvəllüdlü Mərdanov Paşa Hümmət oğlunu vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, xəstəxanaya yerləşdirilən piyadaya tibbi yardımlar göstərilməsinə baxmayaraq vəfat edib.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər