
Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə 28 Fevral tarixində ilk dəfə Bakıda keçiriləcək “World HR Summit 2024” tədbirində Dünya və Avropa İnsan Resursları Assosiasiyalarının prezidentləri, yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş direktorları, dünyanın aparıcı şirkətlərinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri ilk dəfə vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs edəcəklər.
"Operativ Media" xəbər verir ki, “Müasir İnsan Resurslarının Atası”, Business Week tərəfindən #1 Menecment Guru, Fast Company tərəfindən biznes üzrə dünyanın ən yaxşı 10 yaradıcı insanından biri, Forbesdə ən yaxşı 5 Kouç, Thinkers50-də dünyanın ən yaxşı biznes mütəfəkkirlərindən biri kimi tanınan Dave Ulrich tədbirin Açılış mərasimi və panel müzakirələrində iştirak etməklə yanaşı, ilk dəfə Bakıda xüsusi masterklass ilə çıxış edəcək.
Sammit iştirakçıları qlobal insan resursları trendləri, rəqəmsal insan resursları və süni intellekt, strateji insan resursları, öyrənmə və inkişafın perspektivləri və s. maraq kəsb edən mövzularla bağlı yeni bilik və təcrübələrə sahib olacaqlar. Bu möhtəşəm tədbirdə iştirak etmək üçün biletləri aşağıdakı qeyd olunan linkdən əldə edə bilərsiniz https://ebiletstore.com/event/world-hr-summit-2024
Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu tərəfindən 28 Yanvar 2022-ci il tarixində “Baku International HR Forum”, 15.11.2022-ci il tarixində “Baku International CEO Summit” və 20.04.2023-cü il tarixində “Global HR Summit” tədbirləri uğurla həyata keçirilib.