“Ural Hava Yolları” Yekaterinburq və Bakı arasında birbaşa uçuşlara başlayır
Nərmin Qocamanlı
Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti yanvarın 13-dən Yekaterinburq və Bakı arasında birbaşa uçuşlara başlayacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı ilə Yekaterinburq arasında birbaşa uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Hazırda Yekaterinburqdan Bakıya üç aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) və Rusiyanın “Red Winds” və “İrAero” aviaşirkətləri uçur.
Həmçinin yanvar ayından etibarən “Ural Hava Yolları” Rusiyanın paytaxtı və Yekaterinburqdan İstanbula birbaşa uçuşlar həyata keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net