Neftçalada qadının intiharına səbəb olan şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Neftçalada qadının intiharına səbəb olan şəxsin məhkəməsi başlayır

Xəbər verildiyi kimi, 1976-cı il təvəllüdlü Neftçala rayonu, Xəzər kənd sakini  Qızqayıd Xəlilovanın yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar etməsı faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Neftçala rayon prokurorluğu məlumat yayıb.

İstintaqla Aydın Xəlilovun arvadı Qızqayıd Xəlilovanı uzun müddət davam edən amansız rəftarı və ləyaqətini mütəmadi olaraq alçaltması nəticəsində özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

Aydın Xəlilova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilib barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Neftçala rayon məhkəməsinə göndərilib.

Digər xəbərlər