Menyu

Metro yaxınlığında qadının bıçaqlanmasına görə tanışı həbs edilib

Redaksiya
Metro yaxınlığında qadının bıçaqlanmasına görə tanışı həbs edilib

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, avqustun 29-da Ağdaş rayon sakini Çinarə İsmayılovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Yadigar Mirzəyevin Bakı Metropoliteninin “İnşaatçılar” metrostansiyası yaxınlığında tanışı Çinarə İsmayılovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən  öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Yadigar Mirzəyevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər