Bakıda elektroskuter idarə edən şəxsi avtomobil vurub - VİDEO
Nərmin Qocamanlı
Svetoforun işığının tələbinə məhəl qoymayan elektroskuter idarə edən şəxsi avtomobil vurub.
NİİM-dən "Operativ Media"ya verilən məlumata görə, hadisə bir neçə gün əvvəl Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində baş verib.
Müşahidələr göstərir ki, bəzi şəxslərin yollarda bu kimi davranışı qəzalara səbəb olur. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi skuter idarə edən şəxslərdən yollarda svetofor və yol nişanlarının tələblərinə əməl etməyi, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün təhlükə yaratmamağı xahiş edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net