Menyu

Həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Nərmin Qocamanlı
Həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Xəbər verildiyi kimi cari il iyunun 18-də Kəngərli rayonunun Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, istintaqla 1999-cu il təvəllüdlü Sərvin Məmmədovun həmkəndlisi Aysun İbrahimovanın yaşadığı fərdi yaşayış evində tək olmasından istifadə edərək zorla evə daxil olub ona qarşı qanunsuz hərəkətlər etməsinə, bundan sonra isə sonuncunu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sərvin Məmmədova Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə), 157.2-ci (qanuni əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) və digər maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər:

"H\u0259mk\u0259ndlisini q\u0259sd\u0259n \u00f6ld\u00fcrm\u0259kd\u0259 t\u0259qsirl\u0259ndiril\u0259n \u015f\u0259xs bar\u0259sind\u0259 cinay\u0259t i\u015fi m\u0259hk\u0259m\u0259y\u0259 g\u00f6nd\u0259rilib"

Əlaqəli Xəbərlər