Sabah hava necə olacaq?
Nərmin Qocamanlı
Bakıda və Abşeron yarımadasında dekabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net