Menyu

Ağdamda ANAMA-nın əməkdaşı minaya düşüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Ağdamda ANAMA-nın əməkdaşı minaya düşüb - YENİLƏNİB

Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Baş prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.

O, hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.

Teqlər:

"A\u011fdamda ANAMA-n\u0131n \u0259m\u0259kda\u015f\u0131 minaya d\u00fc\u015f\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər