Menyu

Nabranda su polisi nəzarət-profilaktiki tədbir keçirib

Nərmin Qocamanlı
Nabranda su polisi nəzarət-profilaktiki tədbir keçirib

Su Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Xəzər dənizinin sahilində ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı aparılan tədbirlər zamanı balıqçılarla maarifləndirici söhbətlər aparılıb. Onlara qanun pozuntusuna yol verməməyi və neqativ əməllərdən çəkinmələri tövsiyyə olunub.

Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.

Teqlər:

"Nabranda su polisi n\u0259zar\u0259t-profilaktiki t\u0259dbir ke\u00e7irib"

Əlaqəli Xəbərlər