Qum adasına girişə görə cərimə tətbiq edilir?

Redaksiya
Qum adasına girişə görə cərimə tətbiq edilir?

Son zamanlar sosial şəbəkələrdə Qum adasına Duzlu göl istiqamətindən girişin qadağan edilməsi ilə bağlı məlumatlar yayılıb.

Vətəndaşların fikirlərinə görə, əraziyə daxil olan şəxslər 500 manat məbləğində cərimə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova "Operativ Media"ya bildirib ki, sözügedən məlumat əsassızdır:

“Sosial şəbəkələrdə yayılan bu məlumat həqiqəti əks etdirmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları sözügedən ərazidə nə girişə məhdudiyyət tətbiq edib, nə də kiminsə haqqında protokol tərtib edib”.

Qeyd edək ki, əraziyə girişin qadağan edilməsi ilə bağlı məlumat lövhələrinin “Bahar Enerji Əməliyyat Şirkəti” tərəfindən quraşdırıldığı bildirilir.

Şirkət ilə əlaqə saxlamaq istəsək də, qarşı tərəfdən heç bir məlumat ala bilmədik.

YouTube video

Digər xəbərlər