Goranboyda mağazadan 2000 manat dəyərində məişət əşyaları oğurlanıb
Nərmin Qocamanlı
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 2-nə keçən gecə Qaradağlı kəndi ərazisində mağazaların birindən 250 manat pul və 2000 manat dəyərində məişət əşyaları, spirtli içki və tütün məmulatı oğurlanmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - rayon sakini Ə.Məmmədov və Gəncə şəhər sakini R.Qafarov saxlanılıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Ə.Məmmədovun digər bir evdən 204 manat və 2000 ABŞ dolları oğurlaması da müəyyən olunub.