Menyu

BDYP sürücülərə müraciət edib

Nərmin Qocamanlı
BDYP sürücülərə müraciət edib

Qışda yollarda avtomobillərin sürüşməsinin az bir qismi sürücülərin qeyri-peşəkarlığından baş verirsə, bunun böyük hissəsi avtomobillərin qışa düzgün hazırlanmamağından yaranır. Avtomobildə təhlükəsizliyi qorumaq üçün fəsil dəyişikliyinə ciddi fikir vermək lazımdır. Bu, xüsusilə qış dövrü üçün daha çox önəmlidir.

Bu barədə "Operativ Media"ya BDYP-dən bildirilib.

Qeyd olunub ki, qışda – qarlı-buzlu yollarda avtomobillə hərəkət zamanı təhlükəsizliyi qorumaq üçün avtomobilin şinləri xüsusi əhəmiyyət kəsb edir. Əziz sürücülər, qış mövsümü ilə əlaqədar olaraq avtomobillərinizi tam saz vəziyyətə gətirib idarə etməyiniz vacibdir. Yəni, şinlər hava təzyiqi normasında olmalı, təkər şinləri mövsümə uyğun olmalıdır. Bundan başqa, sürücülər sürət həddini minumum seçməli, avtomobillərlə ara məsafəsi maksimum saxlanılmalıdır. Avtomobilin hərəkəti və dayandırılması sürətlər qutusunun hesabına aparılmalıdır. Hava şəraiti ilə əlaqədar yolda sürüşmə yarandığı təqdirdə yol-nəqliyyat hadisəsi baş verərsə, bu, qəzanı törədən sürücünü məsuliyyətdən azad etmir. Həmin sürücülərə inzibati protokol tərtib ediləcək. Eyni zamanda, sürücülər dövlət qeydiyyat nömrəsini, o cümlədən ön və arxa işıqlarının görünməsini təmin etmədikdə məsuliyyətə cəlb ediləcək.

Teqlər:

"BDYP s\u00fcr\u00fcc\u00fcl\u0259r\u0259 m\u00fcraci\u0259t edib"

Əlaqəli Xəbərlər