Menyu

FHN əməkdaşları Yasamalda köməksiz vəziyyətdə qalan bir nəfəri xilas edib

Nərmin Qocamanlı
FHN əməkdaşları Yasamalda köməksiz vəziyyətdə qalan bir nəfəri xilas edib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Əlaqəli Xəbərlər