Menyu

AYNA: Bayram günlərində 72 mindən çox sərnişin daşınıb

Əziz Əzizli
AYNA: Bayram günlərində 72 mindən çox sərnişin daşınıb

Bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar dekabrın 28-dən yanvarın 7-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

"Operativ Media" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb, 300-dən artıq əlavə reys təşkil olunub.

Ümumilikdə isə bayram ərəfəsində və bayram günlərində 2681 reys həyata keçirilib, 72 min 615 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər